Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UNICEF Azərbaycana tibbi avadanlıqlar ianə edib - Foto 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində həssas əhali qruplarından olan uşaqlarda yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunması və onların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edilib.

Agentlikdən verilən məlumata görə, avadanlıqlar holter monitoru, portativ cərrahi aspirator, yenidoğulmuşlar üçün süni tənəffüs cihazı, elektrokardioqraf (EKQ), rəngli doppleroqrafiya ultrasəs cihazı və fototerapiya aparatından ibarətdir.

Sözügedən avadanlıqlar vasitəsilə pasiyentlərə göstərilən tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanır.

İanə edilən holter monitordan ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir. Belə ki, pasiyent cihazı 24-48 saat üzərində gəzdirir və bu müddət ərzində cihaz onun ürək fəaliyyətini qeydə alır. Bu məlumatların təhlili həkimə daha dəqiq diaqnozun təyin edilməsinə şərait yaradır.

Rəngli doppleroqrafiya ultrasəs cihazı müxtəlif xəstəliklər və damar patologiyalarını aşkar etməyə imkan verir.

Portativ cərrahi aspirator əməliyyat zamanı əməliyyatın aparıldığı nahiyədə yığılmış mayenin boşaldılması üçün istifadə olunan cihazdır.

 
Fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.

Elektrokardioqraf (EKQ) çoxsaylı ürək xəstəliklərinin diaqnozunun sürətli təyininə imkan verir.

İanə edilən süni tənəffüs aparatı tənəffüs pozğunluğu olan yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, tibbi avadanlıqlar Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına verilib.

Fotolar

Poliqon.info 


Etiket: UNICEF


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar